Azərbaycanla AYİB yeni kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini müzakirə edib

Azərbaycanla AYİB yeni kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini müzakirə edib
# 18 dekabr 2014 13:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, görüşün məqsədi AYİB-in kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi ilə əlaqədar yeni maliyyə çərçivəsinin hazırlanması üzrə müzakirələrin aparılması olub.

H. Əsədov Beynəlxalq təşkilatlarla kənd təsərrüfatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, kənd təsərrüfatının inkişafında AYİB tərəfindən həyat keçirilən layihələrin əhəmiyyətini müsbət qiymətləndirildiyini və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. Nazir investisiya tələb olunan sahələr barədə məlumat verərək Azərbaycan dövlətinin və AYİB-in birgə dəstəyi ilə “Aqropark”ların yaradılması istiqamətində yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib və bu barədə geniş fikir mübadiləsi aparılıb.

N. Makkeyn AYİB tərəfindən aqrobiznes sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, gələcəkdə aqrar sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə önəm verdiyini və bu məqsədlə araşdırmalar apardıqlarını diqqətə çatdırıb.

N. Makkeyn “Aqropark”ların, logistik bazaların yaradılmasına, məhsulun saxlanması istiqamətində gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, fermerlərin bazara çıxış yollarının daha da yaxşılaşdırılması məqsədilə kənd yollarının bərpasına investisiya qoyulmasına önəm verdiklərini ifadə edib və gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR