Fransa səfiri: “Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb”

Fransa səfiri: “Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb”
# 05 iyun 2015 08:54 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. “Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq. Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb. Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və Fransanın mövqeyini onun diqqətinə çatdırmışam”.

APA-nın xəbərinə görə, bu sözləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri ilə bağlı sualı cavablandıran bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye deyib.

P. Mönye ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə nə vaxt səfər edəcəkləri barədə dəqiq məlumata malik olmadığını söyləyib.

Xatırladaq ki, Azərbaycan B. Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR