Azərbaycanda Lommel-Bergeyk Ticarət Evi açılıb - FOTO

Azərbaycanda Lommel-Bergeyk Ticarət Evi açılıb - <span style="color: red;">FOTO
# 17 aprel 2013 14:46 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakıda Avropanın səfalı, turizm, mədəni və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən iki şəhərinin Lommel (Belçika) və Bergeyk (Niderland) şəhərlərinin Ticarət Evinın rəsmi açılış mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, açılış mərasimi hər iki şəhər merinin - Piter Vanvelthoven və Driek van de Vodevoortun (Niderland Kraliçası Beatriksin sözcüsü) Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib. Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və ictimai xadimləri, o cümlədən bir sıra dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər. Ticarət Evinin rəhbəri isə «Bresser Eurasia» şirkətinin sədri Leon Sveyxers təyin olunub.

«Ticarət Evini açmaqla bizim məqsədimiz ölkələr arasında daha sıx mədəni və iqtisadi əlaqələri inkişaf etdirmək, faydalı tərəfdaşlıq əlaqələri qurmaq, həmçinin Belçika və Niderlanddan Azərbaycana turist cəlb etməkdir», – deyə L.Sveyxers açılış mərasimində bildirib.

Tədbirdə Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde və Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə də çıxış edərək Ticarət Evinin işinə müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, Lommel Belçikanın inkişaf etmiş şəhərlərindən biridir və daha çox energetika şəhəri kimi tanınır. Burada küləkdən, günəşdən və sudan enerji əldə olunur. Şəhər həmçinin qədim tarixə malikdir. Qumdan şüşə hazırlanması texnologiyası da tarixən Lommelin adı ilə bağlıdır.

Niderlandın Bergeyk şəhəri texnologiya sahəsi üzrə dünyada qabaqcıl şəhərlərdən biridir. Dünyaca məşhur olan «Phillips» şirkətinin baş ofisi də bu şəhərdə yerləşir. Bu şəhərdə yerləşən çiplər üzrə istehsal müəssisələri dünyanın 90%-ni bu çiplərlə təmin edir.

Şəhərin həmçinin mədəniyyət və incəsənət sahəsində müəyyən uğurları var. Belə ki, Bergeykdəki muzeylərin xüsusiliyi onların informasiya mərkəzinin də olması ilə bağlıdır. Şəhərdə fəaliyyət göstərən bir çox şirkət muzeylərin inkişafına öz dəstəyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR