Ağa Neymətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Ağa Neymətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 21 may 2015 11:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Ağa Neymətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən tətbiq edilir.

Tərtib olunmuş qrafikə əsasən, Ağa Neymətulla küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq və səhər saatlarınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR