Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 03 sentyabr 2015 13:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Malik Xoştərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR