Bank Of Baku

“Monolit Plaza”da yanğın olub - YENİLƏNİB-1

“Monolit Plaza”da yanğın olub - <span style="color: red;">YENİLƏNİB-1
# 25 iyun 2018 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda hoteldə baş verən yanğınla bağlı məlumat yayıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda “Monilit Plaza” hotelinin ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², dam örtüyü taxta atmalar və dəmirdən ibarət) olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb.

 

 

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

***

 

12:32

 

 

“Monolit Plaza”da baş verən yanğının qarşısı alınıb.

 

APA-nın məlumatına görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb, yanğın söndürülüb.

 

 

***

 

11.48

 

“Monolit Plaza”da yanğın olub.

 

APA-nın məlumatına görə, yanğın restoranın mətbəxində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR