Bank Of Baku

ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib

ABŞ İranın dəniz blokadasının bərpasından bəri 30 gəminin istiqamətini dəyişib
# 01 avqust 2026 05:04 (UTC +04:00)

ABŞ ordusu İran limanlarının blokadasının bərpasından bəri 30 ticarət gəmisinin heyətini istiqamətini dəyişməyə məcbur edib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İyulun 31-dək blokada çərçivəsində 30 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 2 gəmi fəaliyyətsiz vəziyyətə salınıb, daha 2 gəmidə isə yoxlama aparılıb. Məqsəd blokada rejiminə tam əməl olunmasını təmin etməkdir”, - məlumatda deyilir.

Bununla yanaşı, ABŞ hərbçiləri humanitar yardım daşınması məqsədilə təxminən 30 gəminin blokada zonasından keçməsinə icazə verib.

CENTCOM-un məlumatına görə, Yaxın Şərq bölgəsində 20-dən çox ABŞ gəmisi var.

Qeyd edək ki, ABŞ-ın İranın dəniz blokadasının bərpası 14 iyulda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR