Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb

Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb
# 07 mart 2015 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda həmin stansiyada təmir işləri gedir: “Keçidlər təmir olunur və mərmərlərin dəyişmə prosesinə başlanılıb. Orada eyni zamanda kommunikasiya xətləri də dəyişdiriləcəyi üçün bir istiqamətdəki (Tofiq Bəhramov adına stadion) giriş-çıxış müvəqqəti bağlanıb. Amma digər giriş-çıxışlar açıqdır. Bu təmir xüsusilə sərnişinlərin az olduğu həftə sonu və bir gün qeyri-iş günü nəzərə alınaraq aparılır. Təmirə bağlanan giriş-çıxış gələn həftənin ilk iş gününə qədər açılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR