Bakı. Hafiz Heydərov - APA. Ağsu rayonunda bədbəxt hadisə baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Elmir Həsənov tikilidə yıxılıb və aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.