Xoşbəxt Yusifzadə: "Bu ilin iyunun 1-dək Azərbaycandan 412 milyon ton neft daşınıb"

Xoşbəxt Yusifzadə: "Bu ilin iyunun 1-dək Azərbaycandan 412 milyon ton neft daşınıb"
# 03 iyun 2016 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il iyunun 1-dək dünya bazarında Azərbaycanın payına düşən 220 mln. ton mənfəət nefti satılıb:

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, mənfəət neftinin həcmi ilbəil artır: ”Bu ilin 5 ayı ərzində AÇG-dən hasil edilmiş 13,5 mln. ton neftin 7,5 mln. tonu, yəni 56%-i Azərbaycanın mənfəət neftinin payına düşüb. Mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il iyunun 1-dək 412 mln. ton neft daşınıb. Bunun 304 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR