Azərbaycanda sabiq hərbi hissə komandiri haqqında sənədli film çəkilib

 Azərbaycanda sabiq hərbi hissə komandiri haqqında sənədli film çəkilib
# 15 avqust 2014 11:54 (UTC +04:00)

Bakı - APA. 741 saylı hərbi birləşmənin sabiq komandiri Məhərrəm Seyidova həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film çəkilib.

APA-nın məlumatına görə, film 20 il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında hazırlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində çəkilən filmin rejissoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.

M. Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR