İsrail hərbçiləri fələstinli yeniyetməni öldürüblər

İsrail hərbçiləri fələstinli yeniyetməni öldürüblər
# 04 aprel 2013 03:51 (UTC +04:00)

Bakı-APA. İordan çayının Qərb sahilində İsrail keşikçi məntəqəsindən açılan atəş nəticəsində fələstinli yeniyetmə həlak olub. Məlumata görə, bir qrup fələstinli Tulkarm şəhəri yaxınlığındakı keşikçi məntəqəsinə yandırıcı bomba atıblar. Cavab atəşi açan əsgərlər 17 yaşlı gənci öldürüblər.

Daha öncə isə İsrail hərbi-hava qüvvələri Qəzza zolağına aviazərbə endiriblər. Zərbə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR