Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub

Xəzər dənizində 4,6 bal gücündə zəlzələ olub
# 01 avqust 2014 04:02 (UTC +04:00)

Bakı – APA. Avqustun 1-i, saat 01:29-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın “Kavkazskiy uzel” saytına istinadən xəbərinə görə, yeraltı təkanlar Dərbənd şəhərindən 66 km şimal-şərqdə, Mahaçqaladan 120 km çənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR