ARDNŞ və «ConocoPhillips» ictimai dinləmələr keçirəcək

ARDNŞ və «ConocoPhillips» ictimai dinləmələr keçirəcək
# 22 fevral 2013 14:05 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «ConocoPhillips Exploration Azerbaijan Ltd.» şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda Quruda iki ölçülü (2D) seysmik işlər üzrə birgə tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) layihə sənədinin Azərbaycan və ingilis dillərində ilkin variantı hazırlanıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, sənəddə ətraf mühitin ilkin vəziyyəti, sosial-iqtisadi mühit, ətraf mühitə mümkün potensial təsirlər və yumşaltma tədbirləri əksini tapıb. Layihə sənədi ilə əlaqədar ictimai rəyin öyrənilməsi və yerli icmaların təkliflərinin nəzərə alınması məqsədilə ictimai dinləmələr keçiriləcək.

İctimai dinləmələr mərkəzləşmiş qaydada layihənin əhatə etdiyi rayonlar üzrə 3 şəhərdə baş tutacaq. İctimai dinləmələr fevralın 27-də Şəki, fevralın 28-də Qəbələ, martın 1-də isə Şamaxıda keçiriləcək. Tədbirdə ARDNŞ-in Ekologiya İdarəsinin və «ConocoPhillips» şirkətinin mütəxəssisləri tərəfindən layihə haqqında ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq və təklifləri dinləniləcək. Layihə sənədi ilə əlaqədar bütün təklif və qeydlər [email protected] ünvanına göndərilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR