"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurası yenilənib

"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurası yenilənib
# 22 iyun 2016 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Ziraat Bank Azərbaycan" ASC-nin rəhbərliyində ciddi kadr dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, Ömer Baktır bankın Müşahidə Şurasının sədri təyin edilib. Buna qədər bu vəzifədə Hüseyn Aydın olub.



Kadr dəyişikliyi bununla yekunlaşmayıb. Belə ki, Muharrem Karslı, Yusuf Dağcan, Burhaneddin Tanyeri Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. Əvəzində Bilgehan Kuru Müşahidə Şurasının sədrinin müavini, Ayçe Şule Gürleyik və Taha Çakmak Müşahidə Şurasının üzvləri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR