Şəkidə 19 yaşlı oğlanı ilan sancıb

Şəkidə 19 yaşlı oğlanı ilan sancıb
# 20 iyul 2016 07:31 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 19 yaşlı oğlanı ilan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki rayonu Biləcik kənd sakini 19 yaşlı Cavid Bəhram oğlu Əlimov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Cavid Əlimov yaşadığı kəndin inzibati ərazisində kartov sahəsində ot çalan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cavid Əlimova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR