Səlim Müslümov: «Əsas məsələ məlumatların toplanıb bazaya daxil edilməsidir»

Səlim Müslümov: «Əsas məsələ məlumatların toplanıb bazaya daxil edilməsidir»
# 16 aprel 2013 10:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pensiyaların 2013-cü ilin iyulun 1-dən tam avtomatlaşdırılmış rejimdə təyin edilməsi prosesi çərçivəsində işlər davam etdirilir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondun sədri Səlim Müslümov bəyan edib.

S.Müslümov qeyd edib ki, burada əsas məsələ məlumatların toplanıb bazaya daxil edilməsidir və əgər 2006-cı il yanvarın 1-dən sonrakı əmək stajı üzrə heç bir problem müşahidə olunmursa, həmin tarixədək əmək stajı barədə məlumatların toplanmasında müəyyən problemlər var.

Belə ki, S.Müslümovun sözlərinə görə, həmin kateqoriya üzrə yalnız 28% üzrə məlumatlar toplanaraq bazaya daxil edilib. Bu səbəbdən Fondun sədri əhaliyə müraciət edərək əmək kitabçaları ilə Fondun müvafiq ərazi idarələrinə yaxınlaşmağa çağırıb ki, pensiya təyinatı sisteminin avtomatlaşdırılmış prinsipə keçməsindən sonra heç bir narahatçılıq baş verməsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR