İsveçrədə İran və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir

İsveçrədə İran və Rusiya XİN rəhbərlərinin görüşü keçirilir
# 30 mart 2015 00:21 (UTC +04:00)

Bakı-APA İsveçrənin Lozanna şəhərində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl S.Lavrov İranın nüvə proqramını Çinin xarici işlər idarəsinin rəhbəri Van İ və ABŞ-ın dövlət katibi Con Kerri ilə müzakirə edib.

Rusiya xarici işlər nazirinin “altılıq” ölkələrindən (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) olan digər həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Bundan əvvəl İran və “altılıq” ölkələri nümayəndələri arasında nüvə danışıqlarının martın 31-dək davam edəcəyi barədə məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR