Con Kerri: “Türkiyə Dağlıq Qarabağ və Kipr problemlərinin həllinə kömək etmək üçün bizimlə müzakirə aparır”

Con Kerri: “Türkiyə Dağlıq Qarabağ və Kipr problemlərinin həllinə kömək etmək üçün bizimlə müzakirə aparır”
# 18 aprel 2013 07:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, C. Kerri dünyanın həssas bir bölgəsində ABŞ-ın iki müttəfiqi olan Türkiyə və İsrail arasında münasibətlərin düzəlməsində ABŞ-ın çox ciddi rol oynadığını deyib. O, Türkiyəni bir çox sahədə ABŞ-la çox yaxın əməkdaşlıq edən bir dövlət kimi xarakterizə edərək həmkarlı Əhməd Davudoğlu ilə yaxın iş əlaqələri olduğunu söyləyib.

C. Kerri son vaxtlar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşdüyünü bildirib: “Türkiyə Yaxın Şərq sülh prosesinə dəstək vəd edir. Suriya məsələsində dəstək verirlər, bu ölkədəki əsas qrupların şənbə günü keçiriləcək toplantısına ev sahibliyi edəcəklər. Türkiyə iki dondurulmuş münaqişə olan Dağlıq Qarabağ və Kipr problemlərini həllinə kömək etmək üçün bizimlə müzakirə aparır. Türkiyənin bu məsələlərdə konstruktiv bir oyunçu olacağını düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR