UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur

UNESCO nümayəndəsi: Azərbaycandakı mina problemi haqqında Avropada demək olar ki, məlumat yoxdur
# 03 may 2024 13:08 (UTC +04:00)

Maltada elə bilirlər ki, Qarabağa dəyən ziyan İkinci Dünya müharibəsi zamanı olub.

APA xəbər verir ki, bunu Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

“Avropada buradakı mina problemi haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Onlara görə, mina problemi yalnız ərəb ölkələrində, Afrika ölkələrindədir. Hətta mən sizə deyim ki, bəzi nümayəndələr bu əraziyə səfər etməyə çəkindilər. Bu da mina təhlükəsinə görədir. Hesab edirəm, bu, ölkənin də imicinə zərbədir”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR