“Fitch” “Unibank”ın reytinqini geri çağırıb

“Fitch” “Unibank”ın reytinqini geri çağırıb
# 15 iyun 2016 10:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi “Unibank”ın reytinqini geri çağırıb. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat reytinq agentliyinin bankla bağlı dərc etdiyi hesabatda yer alıb.

Bildirilir ki, agentlik reytinqi kommersiya səbəbi ilə geri çağırıb.

Qeyd edək ki, mayın 27-də “Fitch” “Unibank”ın uzun müddətli emitent reytinqini “məhdud defolt” səviyyəsinə qədər endirib, daha sonra isə “CCC” səviyyəsinə yüksəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR