Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub
# 01 oktyabr 2015 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Ayaz Bağırovun içərisində 650 manatı və 25 dolları, habelə sənədi olan pul kisəsini oğurlayan Bakı şəhər sakini Elyar Hacıyev tutulub.

Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR