Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı məhkəmə prosesində hökm oxunub

Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı məhkəmə prosesində hökm oxunub
# 26 avqust 2014 16:45 (UTC +04:00)

Bu barədə APA-ya vəkil Aslan İsmayılov məlumat verib.

O qeyd edib ki, məhkəmənin hökmü ilə İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən və həbsdə olan iş adamı Yaşar Sunarın 7 il, sabiq polis mayoru İlham Məmmədovun 8 il, Qurban Novruzovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən şəxs, hazırda zamində olan Kənan Babayevin də 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İlham Məmmədov həbs olunana kimi Binəqədi Rayon Polis İdarəsində işləyib.

Ötən il mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR