Əli Laricani: “Qarabağ məsələsi danışıqlar yolu ilə həll olunmalıdır”

Əli Laricani: “Qarabağ məsələsi danışıqlar yolu ilə həll olunmalıdır”
# 06 iyun 2016 09:59 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Qarabağ böhranının həll yolu siyasi danışıqlardır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə deyib. O, İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair imzalanmış sənədin önəmini vurğulayıb və bildirib ki, bu sənəd iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və turistlərin gediş-gəlişi baxımından önəmlidir: “Sevindirici haldır ki, son illər iki ölkənin əlaqələri yaxşı səviyyədə inkişaf edib və tərəflər əlaqələrin genişlənməsində maraqlıdır”.

Ə. Laricani İran şirkətlərinin Ermənistan iqtisadiyyatının inkişafında mühüm rol oynaya biləcəklərindən danışıb.

E. Nalbandyan isə Qarabağ münaqişəsinin hərbi yolla deyil, müzakirə və dinc yolla həll olunmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan İranın Avrasiya İqtisadi Birliyinə üzv olmasını dəstəkləyir. Nazir əlavə edib ki, indiyədək İran və Ermənistan arasında 51 əməkdaşlıq sənədi imzalanıb: “Ötən gün viza rejiminin ləğvinə dair sənəd də imzalandı və əminəm ki, bu sənəd iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təsir göstərəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR