Respublika günündə Azərbaycan ərazisində havanın temperaturu 35 dərəcəyədək yüksələcək - VİDEO

Respublika günündə Azərbaycan ərazisində havanın temperaturu 35 dərəcəyədək yüksələcək - <span style="color: red;">VİDEO
# 27 may 2015 09:33 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR