“TOUR d’ AZERBAİDJAN” velosiped turunun 2-ci mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb - VİDEO

“TOUR d’ AZERBAİDJAN” velosiped turunun 2-ci mərhələsi ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb - <span style="color: red;">VİDEO
# 06 may 2015 15:37 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 7-də aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Bakı şəhərində:

Salyan şosesi, veloparkdan Lökbatan dairəsinədək, (bir istiqamətdə)

saat 10:15-dən 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Ələt yolunun 14-cü kilometrindən (km) Bakı Kənarkeçmə yolunun Bakı-Sumqayıt yolunun kəsişməsinədək (Biləcəri qəsəbəsi istiqamətində)

saat 10:40-dan 10:55-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolunun 9-cu km-dən 12-ci km-dək (Şamaxı istiqamətdə)

saat 10:50-dən 11:05-dək,

Bakı-Şamaxı yolunun 12-ci km-dən 25-ci km-dək (hər iki istiqamətdə)

saat 11:00-dan 11:20-dək,

Bakı-Şamaxı yolunun 25-ci km-dən 90-cı km-dək (hər iki istiqamətdə)

saat 11:15-dən 13:00-dək,

Bakı-Şamaxı yolunun 90-cı km-dən 125-ci km-dək (hər iki istiqamətdə)

saat 13:00-dan 13:45-dək,

Bakı-Şamaxı yolunun 125-ci km-dən 141-ci km-dək (hər iki istiqamətdə)

saat 13:40-dan 14:00-dək,

Muğanlı-İsmayıllı yolunun 1-ci km-dən 20-ci km-dək (hər iki istiqamətdə)

saat 13:50-dən 14:20-dək,

Muğanlı-İsamyıllı yolunun 20-ci km-dən 40-cı km-dək (hər iki istiqamətdə)

saat 14:15-dən 15:40-dək,

İsmayıllı rayon mərkəzində:

saat 15:00-dan 15:40-dək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR