Bakıda səfərdə olan Türkiyə Ali Məhkəməsi Baş prokurorunun müavini Zakir Qaralovla görüşüb - FOTO

Bakıda səfərdə olan Türkiyə Ali Məhkəməsi Baş prokurorunun müavini Zakir Qaralovla görüşüb - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 15:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokurorunun müavini Mehmet Ekmekçinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti sentyabrın 18-də Baş Prokurorluqda olub. Baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirib.

Baş prokuror son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Türkiyə Ali Məhkəməsi Baş prokurorunun müavini Mehmet Ekmekçi təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Səfər zamanı qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasında olublar. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev idarənin fəaliyyəti barədə qonaqlara geniş məlumat verib. Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model oldugu görüşdə xüsusi vurğulanıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda son illər baş verən müsbət dəyişikliklərdən məmnunluğunu bildirib və bu sahədə əməkdaşlıq üçün bütün imkanların olduğunu söyləyib.

Daha sonra qonaqlar 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR