Bakıda polis idarəsində saxlanılan şəxs özünü doğrayıb

Bakıda polis idarəsində saxlanılan şəxs özünü doğrayıb
# 13 iyun 2016 08:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda polis idarəsində intihara cəhd olub.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. Orada saxlanılan Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb.

Dərhal xəstəxanaya yerləşdirilən X. Məmmədovun qan itkisinin qarşısı alınıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR