Daş karxanasında qətl törədən şəxsin məhkəməsi başlayıb

Daş karxanasında qətl törədən şəxsin məhkəməsi başlayıb
# 22 dekabr 2014 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, prosesin baxış iclası isə dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, bu il mayın 25-də Səngəçal qəsəbəsində yerləşən daş karxanasında Nurəddin Məmmədov orada fəhlə işləyən Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.

F. Məmmədov aldığı xəsarətlərdən mayın 26-da xəstəxanada dünyasını dəyişib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tovuz rayon sakini Nurəddin Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR