Nazir: “Ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının artımı qiymətlərə təsir edə bilər”

Nazir: “Ölkəyə idxal olunan kənd təsərrüfatı məhsullarının artımı qiymətlərə təsir edə bilər”
# 22 avqust 2014 11:10 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Məsələ kompleks şəkildə yanaşmaq lazımdır. Birinci növbədə, bu, Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir. Bizim məhsullar adıçəkilən ölkənin bazarında çox yaxşı tanınır. Yaranmış vəziyyət isə bizim istehsalçılara əlavə üstünlük verir”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracının artırılması, ölkəmizə xaricdən gətirilən məhsulların həcminə təsir edəcək: “Təbii ki, bizim məhsullar Rusiya bazarına çıxdıqca, xaricdən Azərbaycana məhsul idxalının artımı gözlənilir. Əslində əhali özü tələbatı formalaşdırmalıdır. Yaxşı olar ki, əhali yerli məhsulları alsın və xarici məhsullara heç bir tələbat yaranmasın. Təbii ki, xaricdən gələn məhsulların həcminin artımı iqtisadi cəhətdən qiymətə təsiredici amildir. Lakin dövlət qiyməti tənzimləmək siyasəti ilə məşğuldur. Təbii ki, idxalı, ixracı optimallaşdırmaqla da məşğul olacağıq. O ki qaldı qiymət məsələsinə, onu qeyd etmək istəyirəm ki, 1 il bundan qabaq, kənd təsərrüfatı məhsullarının istehsalçıları dəfələrlə şikayət edirdilər ki, məhsullar bağlarda çürüyüb qalır, satılmır. İndi isə problem həll olunan kimi, məsələnin yaxşı tərəfləri qalıb bir kənarda, hər kəs qiymətin artımından danışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR