Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində sutəmizləyici filtrasiya qurğuları quraşdırılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində sutəmizləyici filtrasiya qurğuları quraşdırılıb
# 26 mart 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində penitensiar sistemdə ilk dəfə olaraq sutəmizləyici filtrasiya qurğuları quraşdırılaraq istifadəyə verilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cəzaçəkmə Müəssisəsinin istehsalat sahəsində yerləşən ehtiyat su anbarından müəssisənin yaşayış sahəsinə 300 metrlik su xətti çəkilib. Hidrofor su nasosları vasitəsilə həmin borularla verilən su filtrasiyadan keçirildikdən sonra istifadə üçün bütün məişət obyektlərinə verilir. Beləliklə, təmizlənmiş sudan məhkumlar üçün qidanın hazırlanması üçün istifadə olunur ki, bu da həmin qidanın keyfiyyətinin daha da artırılmasına imkan yaradır.

Bununla yanaşı, təmizlənmiş su Cəzaçəkmə Müəssisəsində sanitariya normalarına riayət olunmasında köməklik göstərəcək və ehtimal olunan hər hansı bir infeksion xəstəliyin yaranmasının qarşısını alacaq.

Eyni zamanda məhkumların içməli suya olan ehtiyaclarının tam ödənilməsi üçün hal-hazırda Cəzaçəkmə Müəssisəsinin ərazisində bulaq komplekslərinin inşası həyata keçirilir.

Analoji sutəmizləyici filtrasiya qurğuları Cəzaçəkmə Müəssisəsinin mühafizəsini həyata keçirən bölüyündə də quraşdırılıb.

Sutəmizləyici filtrasiya qurğularının digər Cəzaçəkmə müəssisələrində də quraşdırılması üçün tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR