Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb
02 oktyabr 2012 14:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün prokurorluq əməkdaşları Hüseyn Əhmədovun yaşadığı evə baxış keçiriblər. Baxışın hansı məqsədlə keçirildiyi açıqlanmır.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün mətbuata verdiyi açıqlamasında həmin fakt üzrə cinayət işinin başlandığını və video çəkilişin aparıldığı ABU inzibati binasına baxış keçirildiyini bildirib. E. Abdullayev qanunsuz əməllərindən danışan Z. Qaralov bir sıra suallara aydınlıq gətirilməsi və G. Əhmədova ilə üzləşdirilməsi üçün onu Azərbaycana dəvət edib.

Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB-1
11:50
3 may 2024
Xətai rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb
11:31
3 may 2024
Biləsuvarda iki nəfərdə 9 kq narkotik aşkarlanıb
11:28
3 may 2024
Prokuror: Əhməd Əhmədovla bağlı ekspertizanın rəyindən asılı olaraq obyektiv qərarın verilməsi təmin ediləcək
11:09
3 may 2024