Bərdədə çoxmərtəbəli binada yanğın olub

Bərdədə çoxmərtəbəli binada yanğın olub
# 22 fevral 2012 14:33 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Azərbaycanın Bərdə şəhərində beşmərtəbəli binanın beşinci qatında yanğın hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Elman Cəfərova məxsus, Nizami küçəsi 155, mənzil 94-də baş verən yanğın sonradan qonşu, Quliyeva Nərgiz Aydın qızına məxsus olan 93 saylı mənzilə keçib. Hadisə yerinə dərhal yanğınsöndürənlər gəlib. Yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki mənzilə ciddi zərər dəyib. Şahidlər bildiriblər ki, yanğının baş verən vaxt ev sahibləri evdə olmayıb. Evdən qatı tüstü çıxdığını görən qonşular dərhal mənzilin qapısını sındıraraq ev əşyalarının bəzilərini çıxara biliblər.
Hər iki mənzildə ümumilikdə 27 kvadratmetr ərazinin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR