«Atəşgah» Sığorta Qrupunun əməkdaşları ekoloji yürüş həyata keçiriblər

«Atəşgah» Sığorta Qrupunun əməkdaşları ekoloji yürüş həyata keçiriblər
# 29 sentyabr 2012 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» Sığorta Qrupunun bir qrup əməkdaşı Şahdağ milli qoruğunun ərazisinə ekoloji yürüş edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, komanda ruhunu möhkəmləndirilməklə yanaşı, yürüşün əsas məqsədlərindən biri ərazini tullantılardan təmizləmək olub. Əlverişsiz hava şəraitinə baxmayaraq, qarşıya qoyulan məqsədə nail olunub.

Qrupun prezidenti Ruslan Əliyevin sözlərinə görə, bu yürüş xüsusi əhəmiyyətə malikdir: «Belə ki, «Atəşgah» düşərgəsindən tullantıların təmizlənməsi və toplanması kimi layihə realizə etməklə, ilk növbədə, əyani şəkildə qrupun dağlarda etik davranışla bağlı Beynəlxalq Bəyannaməyə aidiyyatı olduğunu nümayiş etdirdik».

Qeyd edək ki, yürüşdə «Atəşgah» Sığorta Qrupundan Rüfət Ağayev, Musa Məmmədov, Fərid Əsgərov, Hikmət Civa-zadə, Eşqin Camalov, Ramil İbrahimov, Fərid Xalıqov, Elnar Sultanov, Azər Əsgərov, Vüqar Hüseynli, Toğrul Həsənli, Yusif İmamverdiyev iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR