Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 12 mart 2012 11:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın I ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının III ongünlüyünə nisbətən 3 kubmetr/saniyə azalaraq 137 mkubmetr/saniyə təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri YVQH-dən 3 dəfə çox olub. Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR