Uqo Çaves Kubada radioterapiya kursunu başa vuraraq Venesuelaya qayıdıb
12 aprel 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves Twitter-dəki mikrobloqunda Havanada növbəti radioterapiya kursunu başa çatdıraraq Karakasa qayıtdığını bildirib.
Çaves artıq 3 kurs radioterapiya keçib. Bundan sonra o 2 kurs da keçməlidir.
Bu il fevralın sonunda Kubada Çavesin mədəsindəki şişi kəsib götürüblər.
2012-ci il oktyabrın 7-də Venesuelada prezident seçkiləri keçirilməlidir. Çaves seçkilərdə müxalifətin vahid namizədi Enrike Kaprileslə mübarizə aparacaq.