Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsait 300 milyon manat artıb

Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsait 300 milyon manat artıb
# 10 sentyabr 2012 09:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanın dövlət büdcəsindən təhsil sahəsinə 1 milyard 268 milyon manat ayrılıbsa, 2012-ci ilin büdcəsində bu vəsait 1 milyard 515 milyon manat təşkil edib. Təhsilə qoyulan investisiya xərcləri 2011-ci ildə 273,2 milyon manatdan 2012-ci ildə isə 420 milyon manata yüksəlib.

M. Mərdanov deyib ki, orta məktəblərdəki şagirdlərin sayı bir il ərzində 13662 nəfər artıb: “Bu, sevindirici haldır. Xeyli müddət idi ki, şagirdlərin sayında azalma gedirdi. Son bir neçə il ərzində bu sayda artım müşahidə olunur. Bu il isə bu say daha da artıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR