Azərbaycan Yazıçılar Birliyi iki gənc yazarın İranda müəmmalı şəkildə yoxa çıxması ilə bağlı bəyanat yayıb

Azərbaycan Yazıçılar Birliyi iki gənc yazarın İranda müəmmalı şəkildə yoxa çıxması ilə bağlı bəyanat yayıb
# 24 may 2012 14:50 (UTC +04:00)
Bu barədə APA-ya AYB-dən məlumat verilib.

Məlumatda qurumun hər iki yazarın taleyi barədə bu günədək dəqiq məlumat alınmamasından ciddi narahat olduğu ifadə edilib.

Bəyanatda qeyd olunub ki, 3 həftə əvvəl İranda itkin düşən iki cavan və istedadlı qələm adamından biri - Fərid Hüseyn Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsü olub, bir neçə orijinal və tərcümə kitabının müəllifidir.

Şəhriyar del Gerani isə ədəbi mühitin ən fəal üzvlərindən biridir, şeir və hekayələri ilə qatıldığı yaradıcılıq müsabiqələrində önəmli uğurlar qazanıb.

«AYB Fərid Hüseyn və Şəhriyar del Geraninin taleyinə tezliklə aydınlıq gətirilməsinin vacibliyini bəyan edərək, hər iki gənc yazarın ən yaxın zamanda azadlığa və doğmalarına qovuşması naminə təsirli addımların atılmasını, humanizm prinsiplərinin, yüksək islami dəyərlərin qələbə çalmasını arzulayır», - deyə bəyanatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR