Azərbaycanda vulkan püskürüb - YENİLƏNİB - VİDEO

Azərbaycanda vulkan püskürüb - <font color=red>YENİLƏNİB - VİDEO</font>
# 20 sentyabr 2012 06:53 (UTC +04:00)
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Hadisə yerində xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.

Hazırda tədbirlər davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov APA-ya bildirib ki, Lökbatan palçıq vulkanı Azərbaycanda ən tez-tez püskürən palçıq vulkanıdır. Ümumiyyətlə, bu vulkan dünyada ən çox püskürən palçıq vulkanlarından biridir. Sonuncu dəfə vulkan 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir.

A. Hüseynov qeyd edib ki, Lökbatan palçıq vulkanın ətrafında yaşayış evləri olmasa da, neft buruqları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR