Azərbaycanın ali məktəblərində hərbi dərslər bərpa oluna bilər

Azərbaycanın ali məktəblərində hərbi dərslər bərpa oluna bilər
# 02 oktyabr 2012 11:50 (UTC +04:00)
Bizdə olan məlumata görə, bu istiqamətdə intensiv işlər aparılır”. Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov deyib.

Onun sözlərinə görə, müharibə şəraitində olan bir dövlətin gənclərinə hərbi dərslərin keçirilməsi təqdirəlayiq haldır: “Biz müharibə şəraitindəyik və bütün gənclərimiz buna hazır olmalıdırlar. Bədnam qonşularımız da bilməlidir ki, bizim potensialımız böyükdür. Hər bir gəncdə vətənpərvərlik hissi baş qaldırıb və onu lazım gəlsə, hərbi müstəviyə keçirmək olacaq. Ona görə də ali məktəblərdə gənclərə hərbi dərslərin keçirilməsini bəyənirəm və ümid edirəm ki, yaxın vaxtlarda, yeni tədris ilində bu işlər həyata keçiriləcək”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR