«AtaSığorta»nın yeni filial və nümayəndəlikləri fəaliyyətə başlayıb

«AtaSığorta»nın yeni filial və nümayəndəlikləri fəaliyyətə başlayıb
# 16 iyul 2012 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC şirkətinin ölkə üzrə 2 yeni filialı və 4 nümayəndəliyi fəaliyyət başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filiallar Sumqayıt və Xaçmazda, nümayəndəliklər isə Göyçay, Zaqatala, Şamaxı və Lənkəran şəhərlərində açılıb. Bununla da şirkətin ölkə üzrə filial və nümayəndəliklərinin sayı 4-ə çatıb. Bundan başqa, şirkət agent şəbəkəsinin də genişləndirilməsi tədbirlərini həyata keçirir.

Qeyd edək ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabrından fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin yanvar-iyun aylarında şirkətin sığorta haqlarının həcmi 6,277 mln. manat, sığorta ödənişləri isə 1,289 mln. manat olub. Cari ilin iyul ayının 1-nə şirkətin ödənilmiş nizamnamə kapitalının həcmi 5,6 milyon manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR