Ekvador Neft Şirkəti: İrana qarşı sanksiyalar ABŞ-la əlaqəsi olan şirkətlər üçün keçərlidir

Ekvador Neft Şirkəti: İrana qarşı sanksiyalar ABŞ-la əlaqəsi olan şirkətlər üçün keçərlidir
# 08 aprel 2012 04:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Ekvador arasında 12 milyard dollarlıq neft müqaviləsi imzalanacaq. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Ekvador Neft Şirkəti açıqlama verib. Şirkətdən bildirilib ki, İrana qarşı sanksiyalar ABŞ-la əlaqəsi olan şirkətlər üçün keçərlidir: “ Ekvador Neft Şirkətinin isə ABŞ-la heç bir əlaqəsi yoxdur. 2012-ci ilin iyun ayında İrandan nümayəndə heyəti Ekvadora səfər edəcək və ölkələrimiz arasında yeni neft layihəsi barədə müzakirələr aparılacaq. Həmin layihənin həcmi təxminən 12 milyard dollar məbləğindədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR