TQDK sədri: “Bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilirdi”

TQDK sədri: “Bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilirdi”
# 06 iyun 2012 09:48 (UTC +04:00)
Şagirdlər telefon vasitəsilə müəyyən suallara cavab alıb və ya ətrafdakılardan köçürərək qiymət alırdılar. Amma bu il imtahanlar tam şəffaf keçirildi, real kriteriyalara əsasən təşkil olundu”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanı ədalətsiz qaydada pozmaq istəyənlərin nəticələri ləğv olunub. Belə ki, bu il XI siniflərin buraxılış imtahanında 9, IX siniflərin imtahanında isə 13 nəfər qaydaları pozduğuna görə imtahandan azad edilib. TQDK sədri deyib ki, qaydaları pozan şagirdlərə gələcəkdə də heç bir güzəşt olmayacaq.

M. Abbaszadə deyib ki, bu ilin fevralında Təhsil Nazirliyi tərəfindən keçirilən yoxlama buraxılış imtahanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib: “Buraxılış imtahanlarından sonra XI illik təhsil üzrə nəticə çıxararkən şagirdin həm 2010-cu il üzrə illik qiyməti, həm XI sinifdəki qiymətləri nəzərə alınır. Məsələn, “Riyaziyyat” fənni üzrə buraxılış imtahanlarında “2” qiymət alan uşaqlardan 10-cu sinifdə 532-si “3”, 105-i “4”, 7-si isə “5” qiymət alıb. Buraxılış imtahanında “3” alanların 6617-nin 2010-cu ildə yekun qiyməti “3”, 3670-nin “4”, 528-ninki isə “5” olub.

Buraxılış imtahanında “4” qiymət alanların isə 2844-ü 2010-cu ildəki illik qiymətlərdə “3”, 4623-ü “4”, 2405-i isə “5” alıb. Buraxılış imtahanlarında “5” qiymət alanlardan 343-nün 2010-cu ildə illik qiyməti “3”, 1494-nün “4”, 2383 nəfərinin isə “5” olub. Buraxılış imtahanlarından “2” alanların isə 510 nəfərinin bu il üzrə illik qiyməti “3”, 130-nun illik qiyməti “4”, 5 nəfərinin isə qiyməti “5” idi. Buraxılış imtahanlarında “5” qiymət alanların 2393-nün bu illik qiymətləri “5”, 1460-nın “4”, 248-nin isə illik qiyməti “3”dür.

M. Abbaszadə deyib ki, buraxılış imtahanında Riyaziyyatdan “5”, Ana dilindən isə “2” qiymət alan isə 1 nəfərdir. Həmin şagirdin yazı işinə baxıldıqdan sonra yekun qərar veriləcək.

Onun sözlərinə görə, ümumilikdə Bakı şəhəri üzrə 834 nəfər XI sinif şagirdi “2” qiymət alıb ki, bu da 3,41 faiz təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR