Naxçıvanda yeni inşa olunmuş sərhəd zastavası istifadəyə verilib - FOTO

Naxçıvanda yeni inşa olunmuş sərhəd zastavası istifadəyə verilib - <font color=red>FOTO</font>
# 23 avqust 2012 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Naxçıvan sərhəd diviziyasının yeni inşa olunmuş "Sədərək" sərhəd zastavası istifadəyə verilib. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və DSX rəisi, general-leytenant Elçin Quliyev qatılıb.

Tədbirdə bildirilib ki, dövlət sərhədləri boyunca müasir tələblərə cavab verən çoxsaylı yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Yeni sərhəd məntəqələrinin inşası prosesi ötən əsrin 20-30-cu illərində sovet hökuməti tərəfindən tikilmiş və müstəqilliyin bərpası ərəfəsində sovet sərhədçiləri tərəfindən yararsız hala salınmış sərhəd məntəqələrinin əsaslı təmiri və yenidən qurulması ilə paralel şəkildə aparılır.

Tədbir çərçivəsində xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və xidməti mənzillərin orderləri təqdim olunub.

Qeyd olunub ki, maddi-texniki təchizatı yüksək səviyyədə olan zastavada sərhədçilər üçün nümunəvi xidməti-döyüş şəraiti yaradılıb. Burada lazımi məişət şəraiti olan ikimərtəbəli əsgər yataqxanası, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar bütün tələblər nəzərə alınmaqla tikilib və yeni avadanlıqlarla təmin edilib. Zastavaya qaz və içməli su xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb. Zastavada xidmət edən zabit və gizir ailələri üçün ikimərtəbəli 8 mənzilli yaşayış binası tikilib, mənzillər mebel və digər zəruri məişət avadanlıqları ilə təchiz olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR