“ATƏT - Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri” mövzusunda dəyirmi masa keçirilib

“ATƏT - Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri” mövzusunda dəyirmi masa keçirilib
# 24 aprel 2012 14:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. ATƏT-in Bakı ofisi və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “ATƏT – Azərbaycan: prioritetlər və əsas fəliyyət sahələri” mövzusunda dəyirimi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın akademik dairələrini ATƏT-in və qurumun Bakı ofisinin fəaliyyəti haqqında məlumatlandırmaq və bu mövzuda fikir mübadiləsi aparmaq olub.

Səfir Koray Targay və Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadənin açılış nitqlərindən sonra ATƏT-in Bakı ofisinin təmsilçiləri təşkilatın həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat veriblər.

Qeyd edək ki, dəyirmi masa Azərbaycanın ATƏT-ə qoşulmasının 20-ci ildönumü ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR