Bakı İslam Universitetini indiyədək 2235 nəfər bitirib

Bakı İslam Universitetini indiyədək 2235 nəfər bitirib
# 26 aprel 2012 14:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı İslam Universitetini (BİU) bu günə qədər 2235 nəfər bitirib. APA-nın Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən yaydığı məlumata görə, məzunların işlə təmin olunmasında QMİ yaxından iştirak edir. Universiteti bitirənlər həmçinin MDB məkanında fəaliyyət göstərən diaspora təşkilatlarında, diplomatik nümayəndəliklərdə, eləcə də müxtəlif xeyriyyə fondlarında çalışırlar.
Hazırda BİU-da 1286 tələbə təhsil alır.
Qeyd edək ki, 2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, BİU-da bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır. Hazırda Bakı İslam Universitetində 2 fakültə: İslamşünaslıq və Şəriət fakültələri var. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunur. Təhsil əyani və qiyabi şöbələrdə aparılır.
Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR