Azərbaycan prezidenti Astarada avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti Astarada avtomobil yolunun açılışında iştirak edib
# 13 mart 2012 11:31 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunub. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilib, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılıb. Ərazidə istirahət parkı da salınıb. Qəsəbəyə gedən yol genişləndirilib, yol boyu abadlıq işləri görülüb.

Bildirilib ki, prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına qəsəbədə kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarının təmirinə başlanıb və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.

Prezident kənd sakinləri ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR