Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 23 iyul 2012 14:45 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 20-də Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Naxçıvanda keçirilib.

I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.


ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 33533 abituriyentlərdən 44 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 32034 abituriyentdən 44 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən, 11256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR