Voleybol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Voleybol üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
# 09 aprel 2012 11:14 (UTC +04:00)
Bakı – APA. Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Feliks Məmmədov yarışa II təsnifat mərhələsindən qoşulacaq yığma üçün 17 oyunçuya dəvət göndərib.

Bunlar Ceyran Əliyeva, Ayan Əliyeva, Aydan Dadaşova, Ləman Dadaşova, Alyona Daraşkeviç, Lyobov Qaluşko, Viktoriya Qaluşko, Ülkər Kərimova, Alina Lotvin, Ülkər Məmmədova, Səbinə Mustafayeva, Aleksandra Prupas, Yuliya Pşaniçnik, Nərgiz Salehova, Səbinə Saviç, Faina Şahəhmədova və Yuliya Şilyayevadır.

Qeyd edək ki, aprelin 11-15-də Slovakiyada keçirəcək yarışda ev sahibləri, Azərbaycan, Avstriya, Bolqarıstan, İsveçrə və Hollandiya milliləri D qrupunda mübarizə aparırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR