Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb
# 10 mart 2012 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən piyada, 45 yaşlı Telli Bayramovanı vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda polis piyadanı vuran avtomobilin müəyyən edilərək saxlanılması istiqamətində tədbirləri davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR